Bakıda kütləvi dava zamanı 2 gənc bıçaqlanıb

5-04-2017, 09:14           
Bakıda kütləvi dava zamanı 2 gənc bıçaqlanıb
Bakının Nəsimi rayonu ərazisində 2 nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava baş verib.
"Report"un xəbərinə görə, hadisə Cavadxan küçəsi, bina 23a-nın qarşısında qeydə alınıb.
Belə ki, 4 nəfər arasında düşən əlbəyaxa dava sonda 2001-ci il təvəllüdlü Qəhrəmanlı Əli Namiq oğlu və 2000-ci il təvəllüdlü Salayev İsmayıl Seymur oğlunun bıçaqlanması ilə nəticələnib. Zərərçəkənlər bədənlərinin müxtəlif nahiyələrindən aldıqları bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.