Məktəblinin intihara cəhdinin təfərrüatları: - “Müəlliminin danlağından bezdi…”

25-04-2017, 15:05           
Məktəblinin intihara cəhdinin təfərrüatları: - “Müəlliminin danlağından bezdi…”
Ağdaş rayonunda 10-cu sinif şagirdinin intihara cəhd etməsinin bəzi təfərrüatları məlum olub.

Rayonun Cardam kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Tunar Salehovun özünü öldürmək istəməsinə səbəb müəllimi ilə aralarında yaranan mübahisə olub:

Tunar Salehovun atası müəllimdir. Bayram Salehov müntəzəm şəkildə oğlunu danlayırmış. Yəni, ondan dərs oxumağını tələb edirmiş. Tunar da cavabında “oxuyuram, amma beynimdə qalmır” deyib. Atasının bu tələbindən bezən Tunar qərara alıb ki, özünü assın. İndi Tunarın vəziyyəti yaxşıdır.

Ağdaş Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsindən də Tunar Salehovun vəziyyətinin yaxşı olduğunu vurğuladılar.

Ağdaşda intihara cəhd hadisəsi baş verib. Rayonun Cardam kəndi sakini, 2002-ci il təvəllüdlü Salehov Tunar Bayram oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihara cəhd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru