ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirəcək

26-04-2017, 08:45           
ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirəcək
ABŞ Hərbi-Hava Qüvvələri bu gün ölkənin strateji nüvə qüvvələrinin əsasını təşkil edən “Minuteman III” qitələrarası ballistik raketi sınaqdan keçirəcək.

APA-nın “Washington Examiner” nəşrinə istinadən verdiyi xəbərə görə, raket ölkənin nüvə imkanlarını nümayiş etdirmək məqsədi ilə ABŞ Hərbi-Hava Qüvvələrinin Kaliforniya ştatındakı “Vandenberq” bazasından buraxılacaq.

Komandanlıq nümayəndəsi sınağın bir əvvəldən planlaşdırıldığını və Koreya yarımadasındakı vəziyyətlə heç bir əlaqəsi yoxdur.

“Raket buraxılışı milli nüvə qüvvələrimizin statusunun yoxlanılması və nüvə imkanlarımızın nümayiş etdirilməsi üçün əhəmiyyətlidir”, - deyə polkovnik Con Moss bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru