69 il birgə yaşadılar, öləndə də əl-ələ tutdular...
28-04-2017, 09:13
ABŞ-da 69 il birgə yaşayan ər-arvad eyni gündə dünyasını dəyişib. Bu barədə lenta.ru saytı “ABC News”a istinadən xəbər verib. Çikaqoda, şəhər kənarında yaşayan ər-arvad şənbə günü vəfat edib.
Öncə 89 yaşlı Tereza Vatkin, ondan 40 dəqiqə sonra isə 92 yaşlı İsaak Vatkin dünyasını dəyişib. Xəbərdə qeyd olunur ki, ölüm anında ər-arvad bir-birinin əlindən tutublar... Cütlüyün oğlu Leo Vatkin bildirib ki, onun atası ilə anası heç vaxt ayrı-ayrı iş görmək istəməyiblər. Ona görə də hətta ölüm onları ayırmayıb. Ər-arvadı yanaşı basdırıblar. Daha öncə aprel ayında buna bənzər hadisə baş vermişdi. Belə ki, Böyük Britaniyada 93 yaşlı ikinci vətən müharibəsi veteranı Uilf Rassel 70 il birgə yaşadığı arvadı ilə eyni gündə ölmüşdü.