Rusiyada Azərbaycan vətəndaşı öldürülüb

28-04-2017, 12:55           
Rusiyada Azərbaycan vətəndaşı öldürülüb
Rusiyada Azərbaycan vətəndaşı öldürülüb.

APA-nın “time56.ru”-a istinadən verdiyi məlumata görə, hadisə Orenburq vilayətinin Orsk şəhərinə baş verib.

İstintaq Komitəsinin məlumatında bildirilir ki, Çerniqovsk küçəsində öldürülən şəxs 31 yaşlı Azərbaycan vətəndaşıdır.

Onun xırda ticarət ilə məşğul olduğu və kirayə mənzildə yaşadığı bildirilir.

Faktla bağlı cinayət işi açılıb.

Qətldə 32 yaşlı Balaş Allahşükür oğlu Xancanovun günahkar bilindiyi ehtimal edilir. Silahlı olduğu ehtimal edən həmin şəxs axtarılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru