Bakıda özəl klinikada doğulan körpə iki gün sonra ölüb

28-04-2017, 13:03           
Bakıda özəl klinikada doğulan körpə iki gün sonra ölüb
Bakıda özəl klinikada doğulan uşaq iki gün sonra ölüb.
“Report”un xəbərinə görə, hadisə Səbail rayonu Bəşir Səfəroğlu küçəsində yerləşən “İnternational Medical Center” klinikasında qeydə alınıb.
Həmin klinikada Günel Həsənbalayeva doğuş edib.
Doğulan qızın atası, G.Həsənbalayevanın həyat yoldaşı Əlihüseyn Həsənbalayevin sözlərinə görə, doğuşdan iki gün sonra ana və körpəsi klinikanın doğum şöbəsinin həkimlərinin istəyi ilə evə göndərilib. Körpə qız evdə ölüb. Ə.Həsənbalayev özəl klinikadan şikayət edib. Şikayət əsasında körpənin meyiti Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ekspertiza aparılır.
“İnternational Medical Center” klinikasından “Report”a bildirilib ki, körpə valideynlərinin istəyi ilə evə aparılıb: “Hazırda bu işlə bağlı xüsusi ekspertizia qrupu tərəfindən araşdırma aparılır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru