Hacı İbrahimin “Rolls Royce” maşını hərraca çıxarılıb? – Bankdan açlama

28-04-2017, 22:04           
Hacı İbrahimin “Rolls Royce” maşını hərraca çıxarılıb? – Bankdan açlama
“Avesta Concern” rəhbəri nehrəmli iş adamı kimi tanınan İbrahim İbrahimova məxsus məşhur “Rolls Royce” markalı avtomobilinin kredit borcuna görə satşışa çıxarılmasına dair “Bank VTB” (Azərbaycan) açıqlam yayşb .

Açıqlamada bildirilir: “Bank VTB (Azərbaycan) tərəfindən girovda olan “Rolls Royce” markalı avtomobilin hərraca çıxarılması barədə yayılan məlumat həqiqətə uyğun deyil. Bu məlumatlarda adı çəkilən İbrahim İbrahimov bank VTB (Azərbaycan)-dan kredit götürməyib və heç vaxt bankın müştərisi olmayıb”.

***

Ölkə banklarına külli miqdarda borcu olan “Avesta Concern” rəhbəri nehrəmli iş adamı kimi tanınan Hacı İbrahim İbrahimova məxsus məşhur “Rolls Royce” markalı avtomobili də kreditdə imiş.

Gununsesi.info-nun iş adamına yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, İbrahim Nehrəmli həmin avtomobili oğlu Həsən İbrahimovun adına VTB bankdan kreditlə götürüb. Maşını almaq üşün 900 min dollar VTB bankdan kredit götürən Hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib.

Məhz buna görə də bank iş adamının “Rolls Royce” markalı avtomobilini hərraca çıxarıb.
Onu da qeyd edək ki, İbrahim Nehrəmli bir müddət əvvəl Beynəlxalq Banka külli miqdarda borcu ilə gündəmə gəlmişdi. DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən iki günlük həbs edilən iş adamı bütün əmlakını banka girov qoyduğu üçün sərbəst buraxılıb












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.