Arvadı ilə uşaqlarını öldürüb intihar etdi

28-04-2017, 23:12           

Rusiyanın Stravropol şəhərində dəhşətli qətl hadisəsi baş verib.

GoldNews.Az “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, şəhər sakini həyat yoldaşı ilə iki uşağını öldürdükdən sonra öz canına da qəsd edib. Bu barədə Rusiya İstintaq Komitəsinin regional İstintaq İdarəsinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

İlkin istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, ana ilə uşaqlarına ailənin rəhbəri xəsarət yetirdikdən sonra özünü öldürüb: “Kişinin əlində bıçaq aşkarlanıb. Qətlə yetirilənlərin bədənindəki xəsarətlər də oxşardır. Evə zorla daxil olma halı ilə bağlı iz müəyyən edilməyib. Evin giriş qapısı içəridən bağlı olub, əşyaların yerlərində də heç bir dəyişiklik olmayıb”.

Faktla bağlı cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru