Kubada hərbi təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
30-04-2017, 10:56
Kubanın qərbindəki Artemisa əyalətində hərbi təyyarə qəzaya uğrayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 8 nəfər ölüb. Təyyarə “Aerogaviota” aviaşirkətinə məxsusdur.
Təyyarənin qalıqları Las-Lomas-de-San-Kristobal rayonunda aşkarlanıb.
“Təyyarənin göyərtəsində olan səkkiz nəfər ölüb. Silahlı Qüvvələr Nazirliyinin komissiyası insidentin səbəblərini araşdırır”, - deyə yerli KİV-lər bildirir.
Bundan əvvəl ölənin Pinal-del-Rio əyalətində “An-26” təyyarəsinin qəzaya uğradığı bildirilmişdi. Hadisə ilə bağlı rəsmi məlumat hələlik verilməyib.
**** 22.59
Kubada göyərtəsində 39-dək sərnişinin olduğu “An-26” tipli sərnişin təyyarəsi radarlardan itib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Aerogaviota” aviaşirkətinə məxsus təyyarə ölkənin şərqindəki “Barakoa” hava limanından havaya qalxıb. Radarlardan yoxa çıxan an təyyarə ölkənin qərbindəki Pinar del Rio rayonu üzərində olub.
İnsidentin təfərrüatları barədə hələlik məlumat yoxdur.