Azərbaycan neftinin SON QİYMƏTİ-Ucuzlaşmaqda davam edir

10-06-2017, 01:00           

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 8-də 48,29 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,54 dollar/barel azdır.


Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 8-də 47,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,54 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 8-də 45,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 8-də 46,59 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,63 dollar/barel çoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.