“Metropark”ın qarşısına polis və FHN əməkdaşlarının cəlb edilməsinin səbəbi bəlli oldu - YENİLƏNİB

11-06-2017, 20:39           
“Metropark”ın qarşısına polis və FHN əməkdaşlarının cəlb edilməsinin səbəbi bəlli oldu - YENİLƏNİB
Bakının Nərimanov metrosu yaxınlığında yerləşən Metropark Ticarət Mərkəzi qarşısına polis və Fövqəladə Hallan Nazirliyinin əməkdaşlarının cəlb olunmasının səbəbi aydınlaşıb.

Avropa.info-nun ərazidə olan əməkdaşının polisdən aldığı məlumata görə, Metropark Ticarət Mərkəzinin təhlükəsizliyi test edilir. “Heç bir qorxulu hadisə baş verməyib.”

Qeyd edək ki, Metropark Ticarət Mərkəzi qarşısına polis və Fövqəladə Hallan Nazirliyinin əməkdaşları cəlb olunub. Ticarət mərkəzinə giriş-çıxışlar bağlanıb, mərkəzdə çalışanlar bayıra çıxarılıb.

***

Nərimanov rayonunda yerləşən “Metropark” Ticarət Mərkəzi boşaldılıb.

Şahidlər tərəfindən “Qafqazinfo”ya verilən məlumata görə, ticarət mərkəzinin işçiləri evə yola salınıb. Bununla yanaşı, “Metropark”ın ətrafında hüquq-mühafizə xidmətinin əməkdaşları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri toplaşıb.

Mərkəzin boşaldılmasının səbəbi nə işçilərə, nə də müştərilərə açıqlanmır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.