Sabiq icra başçısının müavininin təşkilatı ləğv edildi

14-06-2017, 15:12           
Sabiq icra başçısının müavininin təşkilatı ləğv edildi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun əmri ilə qurumun nəzdində fəaliyyət göstərən Təcrübə-Sınaq Mərkəzi (AzTEST) ləğv edilib.
teref.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məluata görə, sözügedən qurumun direktoru Mahmut Qubatov olub.
O, 2012-2013-cü illərdə Qaradağ Rayon İcra Hakimiyyətində icra başçısının müavini vəzifəsində çalışıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Sədrinin 15 noyabr 2013-cü il 084 saylı Əmri ilə Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) direktoru vəzifəsinə təyin edilib.
Mahmud Kamal oğlu Qubatov həmçinin 1991-2000-ci illərdə Bakı şəhəri üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi vəzifələrində çalışıb.
2000-2003-cü illərdə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində şöbə rəisi olub. 2004-2009-cu illərdə Bakı şəhəri Vergilər Departamentində şöbə rəisi, 2009-2010-cu illərdə Vergilər Nazirliyində şöbə müdiri, 2010-2011-ci illərdə Bakı şəhəri Vergilər Departamentində şöbə rəisi və idarə rəisi vəzifələrində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru