Lənkəranda 21 yaşlı gəlin yoxa çıxıb - VİDEO
12-07-2017, 00:29
21 yaşlı gəlindən valideynləri bir aydan çoxdur ki, xəbər ala bilmir.
Xezerxeber.az-ın məlumatına görə, Lənkəran rayon sakini Çinarə Həsənli iyunun 3-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Qızın anası iddia edir ki, övladı qayınanasıgil tərəfindən öldürülüb.
Arzu Abkərimovanın sözlərinə görə, qızı 2 ildir ərdədir və ailəsində daim söz- söhbətlər olub. Son dəfə qız, anası ilə telefon əlaqəsi saxlayanda qayınanasının ona işgəncə verdiyini və döydüyünü bildirib.
Qızın anasının sözlərinə görə, övladı hec bir zaman belə etməyib. İşgəncə görsə də, hec vaxt evini tərk etməyib. İndi o, həm 2 yaşlı övladını, həm də ailəsini gözü yaşlı qoyub.
Məsələnin təfərrüatlarını öyrənmək üçün qızın qayınanası ilə telofon əlaqəsi saxladıq. Qayınana Kinəvaz Məmmədova bildirdi ki, o, gəlininə heç bir zaman əl qaldırmayıb və hər hansı bir təziq göstərməyib. O, uşağın da anası üçün ağladığını deyir.
İndi Lənkəran polisi Çinarə Həsənlinin harada olduğunu araşdırır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: