Bakıda “Range Rover”in “KamAZ”la toqquşması nəticəsində Yol Polisi İdarəsinin şöbə rəisi yaralanıb

12-07-2017, 08:27           

Bakıda aeroport yolunda xəsarətlə nəticələnən qəza baş verib. APA-nın xəbərinə görə, “Range Rover” markalı avtomobil yoldakı dəmir arakəsmələri yuyan “Azəravtoyol” ASC-yə məxsus “KamAZ” markalı texniki xidmət maşınına arxadan çırpılıb. FHN xilasediciləri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Məlumata görə, xəsarət alan sürücü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin texniki təminat üzrə şöbə rəisi 31 yaşlı kapitan Hüseynov Cabir Firdovsi oğludur.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru