Bakının mərkəzində daha bir biabırçı görüntü: - Ərəb yaxınlaşıb bu qızlarla tanış olur
12-07-2017, 21:26
Ərəb ölkələrindən Azərbaycana səfər edən turistlərin ən çox ziyarət etdiyi Nizami küçəsində açıq-aydın insan al-veri gedir.
Bakının mərkəzi Nizami küçəsində artıq görməyə örgəşdiyimiz görüntülər vətəndaşlar arasında da ciddi narazılığa səbəb olur. Bu ölkələrdən gələn turistlər öncələr Bakının ara küçələrində yerləşən barlara və gecə klublarına üz tuturdularsa, indi keçmiş "Fəvvarələr Meydanı" adlanan ərazilərdə insan al-veri ilə məşğul olurlar.
AZXEBER.COM xəbər verir ki, belə görüntülərdən daha birisi ərazidəki vətəndaşlar tərəfindən lentə alınıb. Videoda turistləri görərək dayanan iki qız onlarla tanış olurlar və qiymət danışmağa başlayırlar.