Bakının mərkəzində yol qəzası baş verib

13-07-2017, 08:15           

Bakının mərkəzində yol qəzası baş verib.

APA-nın məlumatına hadisə Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Zərifə Əliyeva küçəsi ilə Neftçilər prospekti istiqamətində hərəkət edən “Opel” markalı avtomobil işıqforun qırmızı işığında dayanıb. Arxadan yüksək sürətlə gələn BMW markalı avtomobil isə ona çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Qəzanın nəqliyyatın hərəkətinin sıx olduğu küçədə baş verməsi tıxaca səbəb olub. Qəzaya uğrayan avtomobillər cərimə meydançasına aparıldıqdan sonra yolda normal hərəkət bərpa edilib.

Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya BMW markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi və sürücünün işıqforun yaşıl işığının yanacağını güman edərək sürəti azaltmaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, BMW markalı avtomobilin sürücüsündə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru