Deyəcəklər, 2 rus Hamburqu alt-üst etdi - Zaxarova

13-07-2017, 10:08           

Qərb ölkələri Almaniyanın Hamburq şəhərindəki toqquşmaların Kreml ilə əlaqəsi olduğunu iddia edəcəklər.

Axar.az xəbər verir ki, bu sözləri Feysbuk hesabında Rusiya XİN rəsmisi Mariya Zaxarova yazıb.

İki rus vətəndaşının Hamburqda nəzarətə alınmasını dəyərləndirən Zaxarova bunları qeyd edib: "İndi bizə Hamburqun 2 rus tərəfindən alt-üst edildiyini izah edəcəklər. Sonra düşünüb, bunu Kremlin əmri ilə etdiklərini əlavə edəcəklər. Kristal kürə xəbər və proqnoz agentliyini açıram", - Zaxarova söyləyib.

Qeyd edək ki, Hamburqda G20 sammiti zamanı keçirilən mitinq zamanı saxlanılan 4 Rusiya vətəndaşının hamısı sərbəst buraxılsa da, daha sonra 2 rus nəzarətə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru