Rusiyadan Azərbaycana turist axını artır

13-07-2017, 20:25           
Rusiyadan Azərbaycana turist axını artır
Rusiyanın Turizm üzrə Federal Agentliyinin rəhbəri Oleq Safonov bəyan edib ki, Rusiyadan Azərbaycana turist axını artır.

AzVision.az xəbər verir ki, bu barədə "Vestnik kafkaza" məlumat yayıb.

“Azərbaycan Respublikası ilə çox sıx əlaqələrimiz var və bu ölkəyə turist axını daim artır. Biz həmçinin ölkələrarası turist marşrutlarının yaradılmasında maraqlıyıq və bu istiqamət üzrə azərbaycanlı həmkarlarımızla əməkdaşlıq edirik. Bura Xəzər dənizində Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstanı birləşdirəcək kruiz marşrutlarının yaradılması da daxildir. Bu növ istirahətə maraq olduqca çoxdur” - deyə Oleq Safonov vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru