Abşeron sakini evdən bayıra çağırılaraq bıçaqlanıb

25-07-2017, 10:17           

Abşeron sakini evdən bayıra çağırılaraq bıçaqlanıb.
"Report" xəbəbr verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Hüseynbalayev Vasif İdris oğlu yaşadığı Masazır qəsəbəsindəki evində telefonuna zəng gəlib. O, tanımadığı şəxslə Xırdalan şəhəri , 28-ci məhəllədə həmsöhbət olub. V.Hüseynbalayevlə tanımadığı şəxs arasında mübahisə düşüb. Nəticədə o, bıçaqlanıb. Xəsarət alan şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onu cərrahi əməliyyat edib. Növbətçi cərrah Bəhram Zeynalov "Report"a müsahibəsində bildirib ki, bıçaq zərbəsi V.Hüseynbalayevin ürək nahiyyəsinə yaxın olub. Həyati təhlükə olmayıb. Ancaq onun vəziyyəti orta-ağır kimi qiymətləndirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Hazırda cinayət hadisəsini törədən şəxs axtarılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.