Vahid Ələkbərov bir milyard kredit götürür

4-08-2015, 19:09           
Vahid Ələkbərov bir milyard kredit götürür
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Xəzərin Azərbaycan sektorunda `Şah Dəniz` qaz yatağının ikinci mərhələsinin reallaşdırılması çərçivəsində Rusiyanın `Lukoil` şirkətinə öz payını təmin etmək üçün kredit ayıracaq.

AzVision.az xəbər verir ki, bu barədə bankın saytında yerləşdirilən məlumatında bildirilir.

Məlumatda vurğulanır ki, kreditin ümum həcmi bir milyard dollar təşkil edir. Bu vəsaitin yarısı AYİB və Asiya İnkişaf Bankından (AİB) sindikatlaşdırılmış kredit formasında təqdim ediləcək.

`Hazırda sazişin yekunlaşdırılmasına dair hazırlıq işləri aparılır`, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, `Lukoil` şirkəti `Şah Dəniz`n yatağının işlənməsi layihəsində 10 faiz paya malikdir.

Xatırladaq ki, `Lukoil` neft şirkəti Azərbaycan əsilli biznesmen Vahid Ələkbərova məxsusdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.