Səlim Müslümovun idarəsində özbaşınalıq - Nizami rayonu 7 saylı TSEK- dən şikayət

5-08-2015, 15:51           
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nizami rayon 7 saylı Tibbi Sosial Ekspertiza Komissiyasında özbaşınalıq baş alıb gedir
Redaksiyamıza daxil olan məlumata görə Müslüm Məmmədov adlı şəxsin ilkin tibbi arayışı süni şəkildə, qəsdən itirilmişdir. Sənəd uzun sürən süründürməçilikdən sonra “tapılmışdır”.

Bundan başqa Vidadi Orucov adlı digər vətəndaşın təkrar tibbi arayışı itirilmiş və uzun sürən süründürməçilikdən sonra hüquqları “bərpa” edilmişdir.

teref.az xeber1.az-a istinadən yazır ki,Məktubda eyni zamanda sözügedən xanımın vətəndaşlarla kobud davrandığı xüsusi olaraq qeyd olunur. Hətta vətəndaşlara “Buranın müdiri mənəm”, “səlahiyyətlər məndədir” kimi sözlər işlətməsi vəziyyətin daha kritik həddə olması kimi qiymətləndirilir.

Xatırladaq ki, növbəti yazımızda daha ciddi faktlarla bağlı məqalə dərc olunacaq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.