Rusiyada "Vostok" balıqçı gəmisinin axtarışı tamamilə dayandırılıb

8-02-2018, 09:10           

Yapon dənizində batan "Vostok" balıqçı gəmisinin axtarışları tamamilə dayandırılıb.



APA-nın verdiyi xəbərə görə, bu barədə RİA Novosti agentliyinə “Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib.



“Axtarış-xilasedici əməliyyatın fəal fazası sona çatdıqdan sonra axtarış ərazidən keçən gəmilər tərəfindən aparılıb. Lakin 9 sutka ərzində aparılan axtarışlar nəticəsiz qalıb. Beləliklə, "Vostok" balıqçı gəmisinin axtarışları tamamilə dayandırılıb”, deyə nümayəndə bildirib.



Qeyd edək ki, “Vostok” balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı – 1972-ci il təvəllüdlü Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü Ruslan Əlizadə olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru