"Ağ ölüm" daha bir can aldı - Bakıda

8-02-2018, 14:04           
"Ağ ölüm" daha bir can aldı - Bakıda
Fevralın 6-da Pirallahı rayonunun S.Vurğun küçəsində yaşayan qəsəbə sakini İlya Lyaxın meyidinin mənzilində tapılması barədə daxil olan məlumat əsasında Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər aparılıb. Meyidin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, mənzilə baxış zamanı həmçinin içərisində narkotik vasitəyə bənzər maddə olan 5 bağlama və 2 büküm də aşkar edilib götürülərək ekspertizaya təqdim olunub.

Həmin bağlama və bükümlərdəki maddələrin çəkisi 1 kiloqram 116 qram heroin və 2 kiloqram 205 qram marixuana olması müəyyən edilib.

İ.Lyaxın yüksək dozada narkotik vasitənin qəbulunun təsirindən ölməsi ehtimal edilir.

Faktla bağlı cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru