29 yaşlı gəlin evdən qaçıb- FOTO

8-02-2018, 23:22           

Qusarda 29 yaşlı qadın itkin düşüb.

Gununsesi.info teleqraf.com-a istinadən bildirir ki,Qusar rayonunun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.

R .Mehdiyevanın əlamətləri belədir: Boyu 165 sm., arıq bədən quruluşlu, yumru sifətli, şabalıdı uzun saçlı, gözlərinin rəngi qəhvəyi, sol yanağında xal vardır. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara rəngli don və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və (055)265-55-51; (070) 211-19-78 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru