Qarabağ əlili intihar etdi - TƏFƏRRÜAT

9-02-2018, 18:28           
Qarabağ əlili intihar etdi - TƏFƏRRÜAT
Ötən gün səhər saatlarında Qəbələ rayonunun Seyidqışlaq kəndində Qarabağ qazisi intihar edib.

Dia.az "Ölkə.Az”-a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Qədirov Elman İlyas oğlunun meyiti həyat yoldaşı tərəfindən yaşadığı evin həyətində tapılıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparıblar.

Seyidqışlaq kəndinin ərazi nümayəndəsi Vaqif Mehdiyevin verdiyi açıqlamaya görə, "Elman Qədirov 3-cü qrup Qarabağ əlili olub, özü rayonun Yaşıllaşdırma idarəsində işləyib. Yeyib-içən oğlan idi, amma son vaxtlar mədəsindən şikayət edirdi. Belə maddi problemi olmayıb, dövlət tərəfindən təmin olunmuşdu. Yəqin depresiyaya düşüb. Ailə üzvləri ilə də normal münasibətləri olub, 2 oğlan övladı var- biri Gəncədə tələbə, digəri isə hərbi xidmət idi”.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Qarabağ əlilinin hansı səbəbdən intihar etməsi istintaq araşdırmalarının sonunda bəlli olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru