DTX və DİN birgə əməliyyat keçirdi

10-02-2018, 13:39           

Fevralın 9-da Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi əməkdaşları 1-ci Yüzbaşlı kənd sakini Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçiriblər.


Bu barədə DİN-nin mətbuat xidmətindən məlumat verilib.

Baxış zamanı ərazidən 2 ədəd - “İJ” və “TOZ-8” markalı tüfənglər, 1 ədəd “Naqan” markalı tapança, 2 ədəd “F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Alpout kənd sakini Elvin Ələsgərovdan müvafiq sənədləri olmayan “İJ-54” markalı ov tüfəngi götürülüb.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktiki və hüquqi maarifləndirmə tədbirləri öz təsirini göstərir. Belə tədbirlərin nəticəsidir ki, ötən gün Bakı şəhər sakini Rüstəm Məmmədov “Makarov” markalı tapançanı və 13 ədəd patronu Xəzər RPİ-yə, Nardaran qəsəbə sakini Sabir Babayev müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngini könüllü olaraq Sabunçu RPİ 42-ci PB-yə təhvil veriblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.