Bakıda inanılmaz qəza (VİDEO)

11-02-2018, 12:45           

Bakının Yeni Yasamal qəsəbəsində qəribə avtomobil qəzası baş verib.

teref.az baku.ws-ə istinadən xəbər verir ki, "Kia" markalı maşın məhləarası yolda digər avtomobilin üzərinə düşüb.

Hadisə şahidlərinin bildirdiyinə görə, sürətlə hərəkət edən avtomobil yoldan çıxaraq yolun kənarında dayanan avtomobilə və binaya çırpılıb.

Qəzadan sonra maraqlı görüntü ortaya çıxıb. Sosial şəbəkələrdə xeyli insanın diqqətini çəkən video qısa zamanda minlərlə baxış toplayıb.

Qəza zamanı xəsarət alanların olub olmadığı hələlik məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru