11 yaşlı oğlanın qaraciyərindən nəhəng qurd çıxarıldı - Azərbaycanda ŞOK - FOTO

14-02-2018, 00:50           

Azərbaycanda 11 yaşlı oğlan uşağı qarında dəhşətli ağrılar, ürəkbulanma şikayətləri ilə həkimə müraciət edib. Müayinə nəticəsində məlum olub ki, uşağın qaraciyərində 12 sm ölçüdə qurd kistası - Exinokokk vardır. Bir müddət dərman müalicəsi aldıqdan sonra cərrahi əməliyyat aparıldı.

teref.az medicina.az-a istinadən xəbər verir ki, uşaq cərrahiyyəsi uzmanı Fuad Hüseynov qaraciyərin 7-8 seqmentində diafraqmaya bitişik yerləşən nəhəng kistanı çətin cərrahi texniki üsullarla xaric etməyi bacardı.

Uğurlu əməliyyatdan 3 gün sonra uşaq evə yola salınıb.

Uşaq üçün olduqca böyük hesab olunan Exinokokun orqanizmə ev heyvanları ilə təmasdan yoluxduğu təxmin olunur.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru