Bərdədə komitə sədrinin oğlunun avtomobilini qaçıran şəxslər qəzaya düşərək ölüblər - FOTO

15-02-2018, 08:46           
Bərdədə komitə sədrinin oğlunun avtomobilini qaçıran şəxslər qəzaya düşərək ölüblər - FOTO
Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

İrigövdəli ağaca çırpılan "90-HS-317" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobildə sürücü və sərnişin ölüb. Onların şəxsiyyəti hələlik məlum deyil.

Qəzada ölən şəxslər avtomobili Bakı küçəsində yerləşən çay evlərindən birinin qarşısından qaçırıblar. Nəqliyyat vasitəsi rayon sakini İlham Zeynalova məxsusdur. İ. Zeynalov isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayon şöbəsi sədrinin oğludur.

Faktla bağlı rayon polisində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru