Badamdar - 20-ci sahə yolunun yaxınlığında torpaq aşınması baş verib

19-02-2018, 17:29           

“Badamdar yamacında torpaq qatı texnogen mənşəli sularla yuyulub. Yamacın kiçik bir hissəsində isə yarğana bənzər aşınma müşahidə edilib”.



Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. O bildirib ki, yamacın aşağı hissəsində fərdi yaşayış evlərinə gedən kanalizasiya borusu partlayıb, bundan sonra isə su sızması baş verib: “Çirkab suları yamac aşağı axıb. Nəticədə yamac, torpaq qatı yuyulub və cavan ağaclar kökündən çıxıb”.



Dəstə rəisi qeyd edib ki, aşınmanın baş verdiyi yamac Badamdar - 20-ci sahə avtomobil yolunun sağ hissəsində, yoldan təxminən 70-80 metr məsafədə yerləşir. O əlavə edib ki, yol torpaq qatından təmizlənib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru