Türkiyə yeraltı dünyasının lideri ilə "lotu" Qulinin görüşü -FOTO

20-02-2018, 11:27           
Türkiyə yeraltı dünyasının lideri ilə "lotu" Qulinin görüşü -FOTO
İstanbulda yaşayan azərbaycanlı kriminal avtoritet Nadir Səlifov (“Lotu Quli”) Türkiyənin ən məşhur mafiya liderlərindən hesab edilən Sedat Pekerlə yenidən bir araya gəliblər.

GoldNews.az xəbər verir ki, bu barədə kriminal avtoritet şəxsi Instagram hesabında paylaşım edib.

Foto qısa zamanda böyük marağa səbəb olub. Ancaq görüşün hansı səbəbdən baş tutduğu məlum deyil.

İstanbulda yaşayan Qulinin Pekerlə birlikdə poza verməsi əla bir mesaj olduğuna şübhə ola bilməz.

Qeyd edək ki, Quli Rusiya bazarları uğrunda amansız savaşa başlayır. Rusiya, Ukrayanadakı azərbaycanlıların əlindən çıxan bazarlar geri qaytarılır. Başqa sözlə, zaman-zaman Lənkəranskinin himaysində yaşayan həmyerlilərimiz təbii olaraq, Quli faktoruna ümid edir.

"Pekerlə Qulini nə bağlayır?" sualına ən yaxşı cavabı zaman verəcək. Amma görünən odur ki, başlanğıc möhtəşəmdir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru