Yol polisi qırmızı işıqda keçdi, qəza etdi - ÖLƏN VAR + 18 FOTO
1-09-2015, 19:34
Vətəndaş Nəbi Əzizov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Bakıda Yol Patrul Xidməti (YPX) avtomaşınının iştirakı ilə ağır nəqliyyat hadisəsi baş verib.
Paytaxtın Səbail rayonu ərazisində qeydə alınan avtoqəzada 1 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Qəza zamanı Bakı Şəhər Dövlət Yol Polisi idarəsinə məxsus 10-YP-374 nömrə nişanlı “BMW” markalı maşınla 25 yaşlı Otarod Canpolad Faxreddin oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub. Zərbənin təsirindən hər iki avtomaşın yol kənarındakı səkilərə çırpılıb.
Şahidlərin sözlərinə görə, “VAZ 2107” Azadlıq prospektli ilə üzü Zərifə Əliyeva küçəsi istiqamətində hərəkətdə olub. Prospektlə Xəqani küçəsinin kəsişməsində isə yol patrul xidmətinin avtomobili ilə toqquşub.
“Jiquli”də olan sərnişin 28 yaşlı Əzizov Nəbi Şakir oğlu aldığı zərbələrdən hadisə yerində keçinib. Sürücü isə ağır bədən xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, vəziyyəti ağır olan sürücü dərhal travmatologiya şöbəsinə yerləşdirilib.
Qəzanın baş verdiyi ünvana Səbail rayon polis idarəsinin əməkdaşı cəlb olunub və müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Səbail rayon polis idarəsində cinayət işi başlanılıb.
Hələlik hadisənin hansı sürücünün günahı ucbatından baş verdiyi məlum deyil.
Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, bu gecə YPX maşını avtomobil qovarkən qırmızı isıqda keçib və bu 07 markalı maşını vuraraq qəza törədib.
Qanuna gore hec bir halda qovmaq olmaz. Paylaşın hamı bilsin. /oxu.az /anspress
Xatırladaq ki, bu hadisə 10 mart 2014-cü ildə baş verib.
7nevs az