Kəbədə dəhşətli qəza, çoxlu sayda ölən var FOTOLAR

11-09-2015, 22:39           
Kəbədə dəhşətli qəza, çoxlu sayda ölən var FOTOLAR
Kəbədə Ümrə ziyarəti zamanı dəhşətli qəza baş verib, çoxlu sayda ölən var.

Musavat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu gün cümə namazından sonra zəvvarlar Ümrə ziyarəti həyata keçiriblər. Şahidlərin sözlərinə görə ziyarət zamanı ətrafdakı binaların birindən iri qaldırıcı kran zəvvarların üstünə aşıb. Qəzanın dəqiq səbəbi bilinməsə də, güclü külək və yağış olduğu güman edilir.

Onu da qeyd edək ki, Kəbədə təmir işləri aparılmaqdadır.

***

APA-nın verdiyi məlumata görə Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur. Azərbaycandan Məkkəyə gedən azərbaycanlı zəvvarlar Mədinədə mehmanxanalara yerləşdirilib.

***
Musavat.com-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə hələ ki bilinən ölü sayı 15 nəfərdir. Lakin sayın artacağı güman edilir. Hadisənin əsas səbəbinin qum fırtınası olduğu bildirilir.

***
Musavat.com Reuters xəbər agentliyinə istinadən bildirir ki, Səudiyyə Ərəbistanı rəsmiləri ən az 52 ölü və 30 yaralı olduğunu açıqlayıb.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.