Meydan TV-nin əməkdaşı sərbəst buraxıldı

16-09-2015, 23:27           
Meydan TV-nin əməkdaşı sərbəst buraxıldı
Meydan TV ilə əməkdaşlıq edən reportyor, 22 yaşlı Aytac Soltan qızı Əhmədova Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən saxlanılıb.

O, Bakı vaxtıyla saat təxminən 16:00 radələrində mağazaya gedərkən Bakı şəhər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi əməkdaşları tərəfindən saxlanaraq idarəyə aparılıb.

Hələlik onun hansı səbəbdən saxlanıldığı məlum deyil. Xatırladaq ki, bundan bir neçə gün öncə Meydan TV'nin əməkdaşları Baş Prokrorluqda dindirilmişdi.

Musavat.com-un verdiyi son məlumata görə, bu gün saat 16:00 radələrində saxlanılaraq Bakı şəhər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparılan Meydan TV-nin əməkdaşı Aytac Əhmədova artıq sərbəst buraxılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.