Gürcüstan vətəndaşlarının olduğu tankeri quldurlar ələ keçirib

26-08-2018, 09:12           
Gürcüstan vətəndaşlarının olduğu tankeri quldurlar ələ keçirib
Yunanıstanın bir neçə gündür itkin düşmüş "Pantelena" tankeri avqustun 14-nə keçən gecə dəniz quldurları tərəfindən ələ keçirilib.

“Report” xəbər verir ki, gəmi kapitanı Laşi Qadelinin sözlərinə görə, quldurlar 17 Gürcüstan və 2 Rusiya vətəndaşından ibarət heyət üzvlərini 9 gün girov saxlayıblar.

"Gəmini həmin vaxt mənim köməkçim idarə edirdi, onu silahla təhdid edərək tankeri qaçırıblar. Quldurlar bütün heyət üzvlərini bir kayuta salıblar və 9 gün orada saxlayıblar", — deyə o telefon vasitəsi ilə Gürcüstanın İctimai Televiziyasına bildirib.

Kapitanın sözlərinə görə, quldurlar dənizçilərə zərər yetirməyiblər və onları avqustun 23-də azad ediblər. Bununla belə kapitan onların hansı şərtlər müqabilində sərbəst buraxıldıqlarını açıqlamayıb.

Gəmi avqustun 14-də Qabon sahillərində itib. Avqustun 23-də Mərkəzi Afrika Respublikasının dəniz idarəsi peyk vasitəsi ilə gəmini aşkar edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru