Bakı küçələrində hər şey, nə qədər qorxunc və dəhşətli görünsə də hətta insan əzalarının ticarətinə də rast gəlinir.
Virtualaz.org saytı xəbər verir ki, insan orqanlarının satışına dair elanların fotosu sosial şəbəkələrdə yayılıb. Paytaxt sakinləri bu məzmunda elana küçələrdə bu gün rast gəlib və onun fotosunu çəkərək sosial şəbəkələrdə yayıblar. Bakı sakinləri bu gün 3 belə elana rast gəliblər. Birinci elanda belə yazılıb: “Böyrək satılır. I qrup, 40 min manat”. İkinci elanda yazılıb: “Böyrək satılır. II qrup, 50 min manat”. Üçüncü elanda isə belə məlum olur ki, III qan qrupuna malik donorun böyrəyini 70 min manata almaq olar. Maraqlıdır ki, hər bir elanın altında müxtəlif mobil telefon nömrələri qeyd edilib. Həmin elanların fotolarını təqdim edirik: