ABŞ-ın Merilend ştatında silahlı insident baş verib. AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Spesutia və Perrimen yolu rayonunda qeydə alınıb.
Naməlum şəxsin açdığı atəş nəticəsində çoxlu sayda insan yaralanıb. İnsidentin hansı zəmində baş verdiyi, yaralıların sayı dəqiq bilinmir.