Sahibkarlığa Kömək Milli Fondu “Bank of Azerbaijan”ı məhkəməyə verdi - Çəkişmə 2-10-2015, 11:49 İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Bank of Azerbaijan” ASC-ni məhkəməyə verib.“Report”un xəbərinə görə, SKMF kredit, faiz və cərimə borclarının ödənilməsi barədə iddia qaldırıb.1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib.Bakı Apelyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin aktını ləğv edərək yeni qətnamə qəbul edib.Azərbaycan Ali Məhkəməsi isə işi təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərib. Facebook-da paylaş