ABŞ-da qadın doğum evində 5 nəfərə bıçaq xəsarəti yetirib - FOTO

22-09-2018, 07:13           
ABŞ-da qadın doğum evində 5 nəfərə bıçaq xəsarəti yetirib - FOTO
ABŞ-da qadın doğum evində bir neçə nəfərə bıçaq xəsarəti yetirib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Nyu-Yorkda, Kvins ərazisindəkı doğum evində qeydə alınıb.

Polisin məlumatına görə, qadın ət bıçağı ilə 5 nəfərİ yaralayıb. Onlardan ikisi – 13 yaşlı qız və 1 aylıq körpə qarın nahiyələrindən xəsarət alıblar. Hücum zamanı həmçinin körpələrdən birinin atası və Kvinsin perinatal mərkəzinin əməkdaşı da yaralanıb. Xəbərdə bildirilir ki, qadının hücumu nəticəsində eləcə də 22 yaşlı qız da üz nahiyəsindən müxtəlif xəsarətlər alıb.

Ağlını itirmiş cinayətkar binanın zirzəmisində huşsuz, biləkləri kəsilmiş vəziyyətdə tapılıb. Polisin ehtimalına görə, o, intihar etməyə çalışıb. Qadın saxlanılıb və hazırda polis onu dindirir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru