Sərnişin dolu marşrut avtobusunu su basdı – BAKIDA (VİDEO)

23-09-2018, 11:42           
Sərnişin dolu marşrut avtobusunu su basdı – BAKIDA (VİDEO)
Səhər saatlarından Bakıda yağan leysan nəticəsində bir neçə küçəni su basıb.

Minval.İnfo xəbər verir ki, yağışdan sonra paytaxtın mərkəzi küçələri suyun altında qalıb. Kanalizasiya sisteminin bərbad halda olması, dövlət büdcəsindən xərclənən pulların səmərəsiz istifadəsi illərdir Bakını yağış zamanı iflic hala salır.

Bu gün səhər saatlarında yağan yağışdan sonra hər yerdən bənzər videolar yayılır. Küçələr su altında qalıb, metrostansiyanı su basıb və s. Bu videolardan biri də marşrut avtobusu ilə bağlıdır.

Belə ki, yağış sularının axması üçün heç bir sistem normal işləmir. Buna görə də küçələrdə suyun hündürlüyü həddən artıq çoxdur. Bu da içi sərnişin dolu marşrut avtobusunun salonuna suyun dolmasına səbəb olub.

Həmin görüntüləri təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru