"Barselona" ÇL-in 1/8 finalına vəsiqəni təmin edən ilk komanda olub

7-11-2018, 08:22           
"Barselona" ÇL-in 1/8 finalına vəsiqəni təmin edən ilk komanda olub
Futbol üzrə Çempionlar Liqasının 4-cü tur matçında "İnter" öz meydanında "Barselona" ilə 1:1 hesablı heç-heçə edib. Görüş Milanın "Cüzeppe Meatsa" stadionunda baş tutub.

“Report” xəbər verir ki, matçda hər iki qol ikinci hissənin sonlarından vurulub.

Oyunun 83-cü dəqiqədə Malkom "İnter"in qapıçısını məyus edərək hesabı açıb. Lakin 87-ci dəqiqədə Mauro İkardi ev sahiblərini məğlubiyyətdən xilas edib.

"Barselona" bu nəticə sayəsində turnirin 1/8 final mərhələsində iştirakı özünə təmin etmiş ilk komanda olub. Kataloniya klubu 17-ci dəfə ardıcıl olaraq ÇL-in qrup mərhələsini uğurla adlamağı bacarıb.

"Barselona" hazırda aktivində 10 xalla "B" qrupuna liderlik edir. "İnter" 7 xalla ikinci, "Tottenhem" (4) üçüncü, PSV (1) isə sonuncudur.

Qeyd edək ki, ötən gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru