Karateçimiz dünya çempionatının finalına çıxdı (FOTO)

9-11-2018, 07:39           
Karateçimiz dünya çempionatının finalına çıxdı (FOTO)
İspaniyanın paytaxtı Madriddə keçirilən para-karate üzrə dünya çempionatında təmsilçimizin çıxışı uğurlu alınıb.

Qaynarinfo xəbər verir ki, Sahib Əhədov 40.5 xal toplayaraq öz qrupunun qalibi olub və finala yüksəlib.

Noyabrın 10-da onun rəqibi ispan idmançısı olacaq.

Qeyd edək ki, para-karate üzrə dünya çempionatında rekord sayda - 33 ölkədən 100 idmançı iştirak edir. Azərbaycan bu yarışda bir karateçi ilə təmsil olunur.

Bu gün həm də karate üzrə dünya çempionatında kata və qızlardan ibarət kumite millilərimiz komanda yarışlarında qüvvələrini sınayıb. Lakin onlar müvafiq olaraq Türkiyə və İngiltərə millilərinə uduzublar.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru