UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib

15-12-2018, 07:49           
UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib
UEFA Ermənistan Futbol Federasiyasını 18min avro məbləğində cərimələyib.

“Report” qurumun saytına istinadən xəbər verir ki, buna Ermənistan yığmasının azarkeşlərinin UEFA Millətlər Liqasının III turunda evdə Cəbəllütariqlə matçda etdikləri qeyri-etik hərəkətlər səbəb olub. Fanatlar sözügedən qarşılaşmada meydana yad əşyalar atıb və tribunada insident törədiblər.

Qeyd edək ki, görüş Cəbəllüttariqin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu yığmanın tarixində ilk rəsmi qələbəsi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru