"Mançester Yunayted" Poqbanı qış transfer pəncərəsində sata bilər

17-12-2018, 07:25           
"Mançester Yunayted" Poqbanı qış transfer pəncərəsində sata bilər
İngiltərənin "Mançester Yunayted" klubu fransalı yarımmüdafiəçi Pol Poqbanı qış transfer pəncərəsində sata bilər.

Trend-in məlumatına görə, P.Poqbanı hazırda almaq istəyən əsas namizəd İtaliyanın "Yuventus" klubudur.

Bildirilir ki, "Yuventus" P.Poqbanı almaq üçün "Mançester Yunayted"ə Miralem Pyaniç və Aleks Sandronu təklif edə bilər.

Qeyd edək ki, Pol Poqba 2016-cı ildə 105 milyon avro qarşılığında "Yuventus"dan "Mançester Yunayted"ə keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru