Messidən het-trik, "Barselona"dan darmadağın

17-12-2018, 08:26           
Messidən het-trik, "Barselona"dan darmadağın
İspaniya La Liqasında 16-cı turun oyunları davam edir.

İkinci oyun günündə daha 4 qarşılaşma keçirilib. "Sevilya" evdə "Jirona"nı (2:0), "Betis" isə səfərdə "Espanyol"u (3:1) məğlub edib. "Hueska" - "Vilyarreal" matçında qalib müəyyənləşməyib - 2:2.
Gecənin son oyununda isə "Barselona" səfərdə "Levante"ni 5 cavabsız qolla məğlub edib. Görüşdə hesabı 35-ci dəqiqədə Luis Suares açıb. Kataloniyalıların heyətində 2, 3 və 4-cü qolları Lionel Messi vurub. Het-trik edən argentinalı hücumçu 43, 47 və 60-cı dəqiqələrdə fərqlənib. Qarşılaşmada son nöqtəni isə 88-ci dəqiqədə Jerar Pike qoyub.

Tura bu gün yekun vurulacaq.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 34-ə yüksəldən "Barselona" zirvədəki yerini qoruyub. 3 xal az toplayan "Sevilya" 2-ci, 31 xalı olan "Atletiko" 3-cüdür. Dördüncü sırada isə 29 xalla "Real" qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru