Fernando Alonso: 2018-ci ildə ən yaxşı yarışım Bakıda oldu

19-12-2018, 09:02           
Fernando Alonso: 2018-ci ildə ən yaxşı yarışım Bakıda oldu
Bir sıra "Formula-1" komandalarının keçmiş pilotu, iki dəfə dünya çempionu Fernando Alonso, ötən mövsüm haqqında fikirlərini bölüşərkən, ən yaxşı yarışını Azərbaycan Qran-prisində keçdiyini bildirib.

“Report” xəbər verir ki, ispaniyalı avtomobilçinin sözlərini "Marca" nəşri sitat gətirib.

"Hisslər və duyğular baxımından mövsümün ən yaxşı yarışı, yəqin ki, Bakıdakı oldu. Birinci turdan sonra sonuncu yeri tutduq və avtomobilim zədələndi. Heç bir ümidimiz yox idi, lakin yenə də yeddinci bitirməyi bacardıq. Bu, uzun müddət ərzində mənim ifamda ən yaxşı yarış idi", - deyə Alonso bildirib.

Ötən mövsüm zamanı Fernando Alonso 2018-ci ildən sonra "Formula-1"i tərk edəcəyini bildirib. Bununla belə, ispaniyalı bir ildən sonra yenidən çempionata qayıda biləcəyini istina etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru