"Real Madrid" dördüncü dəfə klublararası dünya çempionatının qalibi olub

23-12-2018, 10:21           
"Real Madrid" dördüncü dəfə klublararası dünya çempionatının qalibi olub
İspaniya "Real Madrid"i tarixində dördüncü dəfə klublararası dünya çempionatının qalibi olub.

"Report"un məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilmiş final matçında "kral klubu" yerli "Əl-Ayn" komandasını 4:1 hesabı ilə məğlub edib. "Şeyx Zayed" stadionundakı qarşılaşmada hesabı 14-cü dəqiqədə Luka Modriç açıb. 60-cı dəqiqədə Markos Lyorente fərqi artırıb, 78-ci dəqiqədə isə Serxio Ramos 3-cü qolu vurub. 86-cı dəqiqədə Tsukas Siotani fərqi azaltsa da, 90+1-ci dəqiqədə Yəhya Nader topu öz qapısına göndərərək, yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, "Real Madrid" klublararası dünya çempionatında rekorda imza atıb. Paytaxt təmsilçisi 2014, 2016 və 2017-ci illərdə də dünya çempionu olub. Bununla da Madrid komandası 3 titulu olan "Barselona"nı üstələyib.

Bir neçə gün bundan əvvəl “Real Madrid” öz meydanında böyük hesabla uduzub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru