Separatçı “hökumət” Qarabağda futbol çempionatıyla bağlı geniş müşavirə keçirdi - Yayadək torpaqlarımızı ala bilməsək...

26-12-2018, 09:41           
Separatçı “hökumət” Qarabağda futbol çempionatıyla bağlı geniş müşavirə keçirdi - Yayadək torpaqlarımızı ala bilməsək...
Dekabrın 24-də Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “hökuməti” adlanan qanunsuz qurum 3-15 iyun 2019-cu ildə keçiriləcəyi planlaşdırılmış “CONİFA” (Qondarma “dövlətlər” konfederasiyası) Avropa futbol çempionatına hazırlıq işləri ilə bağlı komissiyanın geniştərkibli iclasını keçirib.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. Qondarma rejimin “dövlət naziri” adlanan Qriqori Martirosyan ad-soyadlı məxluqun rəhbərliyi ilə keçirilən müşavirədə Xankəndi, Ağdərə, Xocavənd və Əsgərandakı stadionların yarışlaradək standartlara uyğun hazırlanması, çempionata beynəlxalq təşkilat, xarici ölkə nümayəndələri və jurnalistlərin cəlb edilməsi məsələləri və s. müzakirə edilib.

Məlum olub ki, Azərbaycanın işğal altındakı torpaqlarında keçirilməsi nəzərdə tutulan saxta futbol çempinatında iştirak üçün artıq 20-dək komanda müraciət edib. Lakin onlar arasından 12-i gələn ilin əvvəlində Polşada keçiriləcək püşkatma mərasimində müəyyən ediləcək...

P.S. 2019-cu ilin yayınadək torpaqlarımızı azad edə bilməsək də, heç olmasa, bu qondarma futbol çempionatının keçirilməsinin qarşısını alaq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.