İngiltərə Premyer Liqası:“Mançester Siti” cari mövsümdə üçüncü dəfə məğlub olub

27-12-2018, 07:56           
İngiltərə Premyer Liqası:“Mançester Siti” cari mövsümdə üçüncü dəfə məğlub olub
Dekabrın 26-da İngiltərə Premyer Liqasının 19-cu turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun görüşləri arasında gözlənilməz nəticə “King Pover” stadionunda qeydə alınıb. Sonuncu çempion “Mançester Siti” səfərdə “Lester Siti” komandasının qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ev sahiblərinin heyətində Mark Albrayton (19) və Rikardo Pereyra (81) fərqləniblər. Qonaqların yeganə qolunun müəllifi Bernardo Silva (14) olub.

Beləliklə, Pep Qvaridolanın yetirmələri son dörd oyunda üçüncü dəfə məğlub olaraq, ikinci pilləni də əldən veriblər.

Belə ki, doğma meydanda “Bornmut”u 5:0 hesabı ilə darmadağın edən “Tottenhem” turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Çempionatın vahid lideri “Liverpul” isə ev oyununda “Nyukasl”ın qapısından dörd cavabsız top keçirib. “Liverpul”un heyətində D.Lovren (11), Məhəmməd Salah (47, p) Xerdan Şaqiri (79) və Fabinyo (85) fərqləniblər.

Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

“Fulham” – “Vulverhempton” – 1:1;

“Börnli” – “Everton” – 1:5;

“Kristal Palas” – “Kardiff” – 0:0;

“Mançester Yunayted” – “Haddersfild” – 3:1.

Tur çərçivəsində bu gün “Brayton”-“Arsenal”, “Votford”-“Çelsi”, dekabrın 27-də isə “Sauthempton”-“Vest Ham” oyunları keçiriləcək.

Hazırda “Liverpul”un 51, “Tottenhem”in 45, “Mançester Siti”nin 44 xalı var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.