PSJ prezidenti İskonun agenti ilə görüşüb

29-12-2018, 07:45           
PSJ prezidenti İskonun agenti ilə görüşüb
Fransanın PSJ klubu İspaniyanın "Real"ının yarımmüdafiəçisi İskoya maraq göstərir.

"Report" "Paris United" nəşrinə istinadən xəbər verir ki, mənbənin məlumatına görə, Paris klubunun prezidenti Nassir əl-Helaifi futbolçunun həm atası, həm də agenti olan Pako Alarkonla görüşüb.

İsko komandanın yeni baş məşqçisi Santyaqo Solari ilə aralarında yaşanan münaqişə səbəbindən "Real"ı tərk etmək istəyir. Buna görə atası "Barselona", "Yuventus", "Mançester Yunayted və "Çelsi" kimi klublarla əlaqə saxlayıb. Lakin futbolçunun Paris klubuna maraq göstərdiyi bildirilir.

İskonun "Real" ilə müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub.

Daha əvvəl İskonun səhhətində problem yarandığı məlumat verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru